“Hərdən onunla barışmaq istəyirəm” - VİDEO

25 Noyabr 2021 15:56

ARB TV-də yayımlanan "Tam vaxtıdır" verilişinə qonaq olan tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, Renka keçmiş həyat yoldaşının tez-tez uşaqları görməyə gəldiyini deyib:

"Bakıya qayıdıb, uşaqları görməyə gəlir. Uşaqlar da barışmağımızı istəyirlər. Lakin mən yenidən bacarmaram. Əslində mən də istəyirəm. Hərdən fikirləşirəm ki, yenidən başlayaq. Sonra deyirəm, artıq gecdir. Həm də daha təkliyə öyrəşmişəm".

Qeyd edək ki, sənətçinin iki övladı var.

Milli.Az