Hərbi bazadan iki milyon dollarlıq yanacaq oğurlandı

25 Noyabr 2021 09:14

Rumıniyadakı ABŞ hərbi bazasından iki milyon dollar dəyərində dizel yanacağı oğurlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya polisi məlumat yayıb.

Məlumata əsasən, oğurluq yerli cinayətkar qrup tərəfindən 2017-ci ildən etibarən həyata keçirilib.

Artıq məsələ ilə bağlı yeddi nəfərin saxlandığı bildirilib.

Milli.Az