Dörd gözlü və iki ağızlı buzovu görənlər ona sitayiş etməyə başladılar - VİDEO

25 Noyabr 2021 17:48

İki ağızlı, dörd gözlü buzov hindistanlıların sitayiş obyektinə çevrilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, unikal görünüşlü heyvan Madhya-Pradeş ştatının İndor şəhərində yerli fermerin evində doğulub. Buzov iki ağızla eyni vaxtda süd içə bilir. Heyvan sahibləri onun tamamilə sağlam olduğunu düşünürlər.

Yerli sakinlər buzovu ilahi möcüzə hesab edərək, ona sitayiş etmək üçün fermaya axışıblar.

Milli.Az