Santa-Klausu da "mavi" etdilər - VİDEO - FOTO

25 Noyabr 2021 09:04

Norveçin Dövlət Poçtu (Posten Norge) bir "ilk" edib. Qurum Milad Bayramı münasibətilə "Harri Santa Klausla görüşəndə" adlı reklam çarxı hazırlayıb.

Milli.Az bildirir ki, reklamda Santa Klaus homoseksual kimi təqdim olunub.

"Bu il hamımız üçün çox ağır oldu: qlobal koronavirus pandemiyası, qaçqınlarla böhran və s. Ona görə bir qədər fərqli reklam hazırladıq. Düşündük ki, bu il bizə səmimi, isti bir eşq hekayəsi gərəkdir", - "Posten Norge"nin marketinq üzrə direktoru Monika Solberq deyib.

Reklamın süjetinə görə, Harri adlı norveçli Santa-Klausa aşiq olub. "Mavi" Santa da Harrini sevir, lakin işinə görə ona ildə sadəcə, bir dəfə baş çəkə bilir.

Harri Santaya məktubunda "Miladda tək arzum sənsən..." yazır.

Norveçli poçtalyonlar hədiyyələri gətirirlər, Santa-Klaus da bütün bayramları Harri ilə keçirməyə başlayır.

Milli.Az