Putin koronavirusa qarşı burun damcısı peyvəndi qəbul edib

25 Noyabr 2021 10:38

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı burun peyvəndini qəbul etdiyini deyib.

Bu barədə o, hökumət üzvləri ilə görüşdə bildirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Rusiya lideri qeyd edib ki, həmin peyvəndi revaksinasiyadan sonrakı gün qəbul edib.

O, bütün rusiyalıları vaxtında revaksinasiyaya çağırıb.

Milli.Az