Yuxu dərmanı əbədi yatırda bilər
28 Fevral 2012 23:16
Yuxu dərmanlarının yüksək dozalarda mütəmadi qəbul olunması habelə, orqanizmdə bədxassəli şişlərin yaranma və inkişaf ehtimalını çoxaldır.
ABŞ-ın San-Dieqo şəhərindəki "Scrips" klinikasının həkimlərinin apardıqları araşdırmaların nəticələri belədir.
Milli.Az "BMJ Open"ə istinadən bildirir ki, orta statistik yaşları 54 olan 10500 pasiyentlə bağlı statistik məlumatları araşdıran həkimlərin dediklərinə görə, həmimn şəxslər 2002-ci illərin yanvarından 2007-ci ilin yanvarına qədər yuxu dərmanları qəbul ediblər. Sonra bu qrupdakı şəxslərin səhhətini həmin illərdə yuxu dərmanı qəbul etməmiş müxtəlif yaşlı 23 min pasiyentlə bağlı məlumatlarla müqayisə olunub.
Yuxu dərmanlarını hətta ildə ən uzağı 18 dəfə qəbul edən şəxslər arasında ölüm halları əsla yuxu dərmanı içməyən adamlarla müqayisəəd 3,5 dəfə çox olub. Yuxusuzluğun dərman preparatları vasitəsilə müalicəsi üçün ildə 132 dəfə yuxu dərmanı içən insanlarda ölüm riski 4,5 dəfə, yuxu dərmanını daha tez-tez qəbul edənlər arasında isə 5,3 dəfə artıq olub.
Eyni zamanda, yuxu dərmanlarının yüksək dozada mütəmadi qəbul olunması orqanizmdə bədxassəli şişlərin yaranma riskini 35 faiz artırıb.
Milli.Az