Bakıda 17 yaşlı gənci avtomobil vurub

25 Noyabr 2021 08:12

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində 2004-cü il təvəllüdlü Rzayev Elmar Emin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bayır topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Milli.Az