Bakıda qadını avtomobil vurub

25 Noyabr 2021 08:48

Bakının Xəzər rayonunda yol qəzası bir nəfərin xəsarətinə səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, olay Şüvəlan qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Məmmədova Ədilə Rzabala qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az