Rusiyada məktəblilər arasında kütləvi zəhərlənmə

25 Noyabr 2021 08:28

Rusiya Bryansk vilayətinin Klimovski rayonunda 27 məktəblidə qida zəhərlənməsi aşkarlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb.

Zəhərlənmədən sonra məktəbin iaşə bölməsinin fəaliyyəti dayandırılıb.

Milli.Az