ABŞ qırıcıları nüvə bombaları atıblar

25 Noyabr 2021 08:33

Amerikanın F-15E qırıcıları Nevada ştatında qeyri döyüş vəziyyətində olan nüvə bombaları ilə təlim bombardmanı həyata keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, təlimlər çərçivəsində B61-3 və B61-4 taktiki bombaları daşıyan F-15E Strike Eagle qırıcıları Nellis bazasından qaldırılıb.

Əməliyyat Nevada ştatındakı Tonopa sınaq poliqonunda F-15E-nin B61 taktiki nüvə silahlarını hədəfə çatdırmaq imkanlarını yoxlamaq məqsədilə həyata keçirilib.

Milli.Az