Moskvada erməni polis zabiti tutuldu - FOTO

24 Noyabr 2021 22:40

Moskva vilayətindəki Dolqoprudnı şəhərinin polis idarəsinin şöbə rəisi, polis polkovnik-leytanantı Karen Sevikyan qanunsuz miqrasiyanın təşkil edilməsində  şübhəli bilinərək saxlanılıb.

Milli.Az TASS-a istinadən bildirir ki, Rusiya DİN-nin Moskva vilayəti üzrə Təhlükəsizlik İdarəsinin əməkdaşlarının keçirdikləri operativ-əməliyyat tədbirləri nəticəsində Dolqoprudnı şəhərnin Mıtışi dairəsinin şöbə rəisi K.Sevikyanla bağlı prosesual qərar qəbul olunub.

Faktla bağlı xidməti təhqiqat təyin olunub v K.Sevikyan vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. Onun suçu təsdiqlənərsə K.Sevikyan DİN-dən kənarlaşdırılacaq, mövcud qanunvericiliyə uyğun olaraq cəza çəkəcək.

Rusiya mediasında yer almış xəbərlərə görə, K.Sevikyan Hindistanın 7 vətəndaşının qanunsuz olaraq Rusiyadan Meksikaya yollanmasını təşkil etməkdə şübhəli bilinir.

2003-cü ildən bəri hüquq-mühafizə orqanlarınlda çalışan Karen Sevikyan dəfələrlə qanunu pozub. Belə ki, 2019-cu ildə, Moskva vilayətindəki Puşkino şəhər polis rəisi olarkən onun xidməti kabinetində axtarış aparılmışdı. O, yerli iş adamlarından birinin yoxa çıxmasında "iştirak etmək"də şübhəli bilinirdi.

İş adamı yoxa çıxmazdan əvvəl yerli polislər ondan 7 milyon rubl tələb etmişdilər.

K.Sevikyan həmin işdə sadəcə, "şahid" kimi dindirlmiş, sonra isə Dolqoprudnı şəhərinə təyinat almağa müvəffəq olmuşdu.

Milli.Az