Ermənilər yüzlərlə ziyarətgahımızı, abidəmizi yer üzündən silib - Gündüz İsmayılov

24 Noyabr 2021 18:42

İşğal dövründə ermənilər yüzlərlə ziyarətgahımızı, abidələrimizi, qəbirisanlıqlarımızı dağıdıb, yer üzündən silib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, işğal dövründə ermənilər İslam dininə məxsus abidələrimizi yer üzündən demək olar siliblər.

Komitə sədrinin müavini bildirib ki, ermənilər hətta ərazilərimizdə olan bir sıra abidələri özününküləşdirməyə çalışıblar.

"İşğalçıların Alban kilsələrinə münasibəti isə başqa olub. Onlar həmin kilsələri mümkün qədər özününküləşdirməyə çalışıblar, harda ki, edə bilməyiblər, o kilsələri dağıdıblar" - deyə, komitə sədrinin müavini vurğulayıb.

Milli.Az