Futbolçuya su şüşəsi atan azarkeş həbs olundu

24 Noyabr 2021 20:12

Fransanın "Lion" klubunun bir azarkeşi həbs olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Marsel"lə Liqa 1 matçında rəqib komandanın yarımmüdafiəçisi Dmitri Payetə su şüşəsi atan fanat 6 aylıq həbs olunub.

Bununla yanaşı, azarkeşin "Lion"un stadionuna getməsinə 5 illik qadağa qoyulub. Fanat 3 min avro məbləğində də cərimələnib.

Xatırladaq ki, Payetin başına su butulkası dəydikdən sonra görüşün referisi komandaları meydandan çıxarıb. Daha sonra isə o, matçın yarımçıq dayandırılmasına qərar verib.

Milli.Az