Cənubi Qafqaz boru kəmərinin inşası zamanı Azərbaycanda 23 min tarixi tapıntı aşkar olunub - bp

24 Noyabr 2021 17:30

Cənubi Qafqaz boru kəmərinin inşası zamanı təkcə Azərbaycan ərazisində 23 min tarixi tapıntı aşkar olunub və təhvil verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son dövrlər Şahdəniz-2 layihəsi çərçivəsində 11 min təsadüfi arxeoloji tapıntı aşkarlanıb.

"İnşaat zamanı hər hansı tapıntı aşkarlanarsa, işlər dayandırılır, 7 gün ərzində Mədəniyyət Nazirliyinə məlumat verilir", - deyə o bildirib.

Milli.Az