Qurd və Leylanın toy görüntüləri - VİDEO

24 Noyabr 2021 20:18

Xəbər verdiyimiz kimi, "Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminov və nişanlısı Leyla Məmmədovanın bu gün toyudur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük şadlıq evinə getməzdən əvvəl fotosessiya etdirib. Bəy və gəlinin görüntülərini fotoqraf Məmməd İsmayılov yayımlayıb.

Qeyd edək ki, reper bir dəfə ailəli olub. Onun bu evlilikdən 2 oğlu var. Leyla tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Cütlüyün nişanı ötən il olub, pandemiyaya görə isə toy təxirə düşmüşdü. Cütlüyün bir neçə gün əvvəl qız toyu olub.

Milli.Az