Hər birimiz mədəni irsimizi təbliğ etməliyik - Elbay Qasımzadə

24 Noyabr 2021 16:24

Bu gün qarşımızda duran problemlər müxtəlifdir və məsuliyyətli yanaşma tələb edir. Qarabağ memarlıq məktəbi Azərbaycanın memarlıq tarixində önəmli yer tutur. Onun atəşpərəstlik, xristian və islam dövrləri olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda qarşıda duran məqsədlər sadə deyil. Qarabağda çox diqqətli olmalıyıq və geniş tədqiqat aparılmalıdır.

Bunu beynəlxalq aləmə bildirməliyik. Dünyada müxtəlif fikirlər var və o fikirləri ermənilər daha da çaşıdırmağa çalışır. Ermənilər Qarabağdakı abidələrin bizə aid olmaması ilə bağlı təbliğat aparırırlar. Hər birimiz mədəni irsimizi təbliğ etməli, yazılar yazmalıyıq. Mən beynəlxalq görüşlərdə daim bu haqda danışıram. Düşünürəm ki, hamı bacardığı təbliğatı aparmalıdır. Bu işin ən vacib tərəfi məlumatları düzgün çatdırmaqdır", - sədr qeyd edib.

Milli.Az