Raykaard Avropa klublarının hədəfində

4 May 2010 17:18
Milli.Az "Fanatik"ə istinadən xəbər verir ki, yeni mövsümdə bir çox Avropa klubu yeni mütəxəssislə işə başlamaq fikrindədir və onların bir neçəsi məhz hollandiyalı baş məşqçinin xidmətinə ehtiyac duyur. Raykaardın xidmətində maraqlı olan əsas komandalardan biri də "Milan"dır. Mövsümün sonunda Leonardonu istefaya göndərməyə hazırlaşan klubun sahibi Silvio Berluskoninin də bu məsələyə müsbət yanaşdığı bildirilir.

"Milan" Raykaarda mümkün alternativlər kimi onun həmyerlisi Marko van Basten və Massimiliano Allegrinin də namizədliklərini nəzərdən keçirir.

Milli.Az