Kasıbçılıqla böyütsə də, yaxşı təhsil verir

25 Noyabr 2021 21:20

Əbdürrəhman Fərrux adlı bir şəxs uzun müddət ərzində evdən uzaqda olur. Vəzifə məsuliyyətlərinə görə 27-illik məmuriyyətini başa vurub, nəhayət, evinə qayıdır. O gedən ərəfədə həyat yoldaşı bir oğlan övladı dünyaya gətirir. Adını Rəbiyəh qoyur.

Rəbiyəhin anası övladını yoxsulluq içində böyütsə də, ezamiyyətə gedərkən  atasının qoyduğu pulu onun təhsili üçün xərcləyir. Əlindən gələni edir ki, oğlu təhsilli və əxlaqlı bir insan olsun.

Bu səbəbdən Rəbiyəh hələ gənc yaşlarından çox bilikli və agah insan olur.

Əbdürrəhman evə qayıdan zaman görür ki, övladı məsciddə tədrislə məşğuldur. Çox sayda insan onun ətrafına toplaşmışdır. Bu mənzərəni görüb, çox sevinir. O zaman ki, qoyub getdiyi pulun övladının təhsilinə sərf edildiyinin fərqinə varir, belə bir anaya afərin deyir. Ona çoxlu təşəkkür edir.

Kasıbçılıqla yaşasa da, oğluna yaxşı tərbiyə və təhsil verir.

Bəli, bu cür analar cənnətdə olmağa layiqlidirlər.

Milli.Az