Bəlalar niyə nazil olur? Onların qarşısı almaq olurmu?

25 Noyabr 2021 22:20

Təbii bəla adətən o hadisələrə deyilir ki, insanlara çox sayda ziyan vurar və xəsarət yetirər. Bu hadisəni qabaqcadan görmək və təxmin etmək olmur.

Təbii bəlaların müxtəlif növləri vardır: zəlzələ, sel, tufan, sunami, ildırım, hərarətin kəskin şəkildə dəyişməsi, quraqlıq, vulkan... Bəzi bəlalar insan əməlindən asılı olaraq baş verər. Misal üçün, havanın çirklənməsi, havanın kəskin isti keçməsi, sel. Belə ki, adətən sellər meşələri qıran zaman tez-tez baş verir.

Bunu qeyd etmək lazımdır ki, təbii bəlalar ancaq bəla niyyətini daşımır. Bəlkə insana İlahi nemətləri yada salır, qəflət yuxusundan ayıldır, istedadlarını üzə çıxardır...

Bunu da inkar etmək olmaz ki, təbii hadisə bəla kimi nazil olsun, ancaq eyni zamanda yuxarıdakı hədəfləri də daşısın. Bütün bunlar Allahın iradəsindən asılıdır. Necə ki, təbii bəlalar Allahın iradəsi ilə baş verir, onun qarşısını almaq da Allahın iradəsindən asılıdır.

Yəni, əgər insanlar istəsələr, Allaha dua və ibadət vasitəsilə bu bəlaların qarşısını əvvəlcədən ala bilərlər.

Adətən bəlanı iki hissəyə bölürlər: təbii bəlalar və əxlaqi bəlalar. Yəni həm batini və həm də xarici bəlalar vardır. Belə ki, bir çox rəzil sifətlər təbii bəlaların nazil olmasına səbəb ola bilir. Yəni, insan əxlaqı ilə təbii hadisələrin sıx rabitəsi vardır.

Uca Allah Quranda buyurur: "(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir". ("Rəd" 17).

"Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik". ("Muminun" 18).

"(Bunların davranışları) Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimi(dir). Onlar özlərinin Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər". ("Ənfal" 54).

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman insanlar mallarının zəkatını verməzlər, Allah da bərəkəti tarlalardan, meyvə və mədənlərdən götürər".

İmam Əli (ə) buyurur: "Allah, bəndələrini çirkin iş görən zaman meyvə azlığı, bərəkətin nazil olmasına mane olaraq, xeyir qapılarını bağlayaraq giriftar edər".

Dinimiz bu kimi bəlalardan uzaq olmaq üçün insanları məkarim əxlaqa və rəzil sifətlərdən uzaq olmağa dəvət edir. Eyni zamanda bəladan uzaq olmaq üçün dualar və əməllər tövsiyə edir ki, onların vasitəsilə bəladan amanda qala bilərlər.

İmam Sadiq (ə) buyurur: "Hər kəs imanla hər gün "Qureyş" surəsini 7 dəfə ixlasla və Allaha və mənasına diqqət edərək oxuyarsa, bəlalardan amanda qalar".

Milli.Az