“Ərimin şəklini kim paylaşsa, polisə verəcəyəm”

24 Noyabr 2021 17:12

Əməkdar artist Nigar Şabanova bir müddət əvvəl həyat yoldaşı ilə fotosunu paylaşsa da, sonradan səhifəsindən silmişdi.

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi ötən gün sildiyi şəkli geri qaytarıb, daha sonra isə İnstaqramın canlı yayımında həmin görüntünün yenidən tirajlanmasına etiraz edib:

"Həyat yoldaşımla bir dəfə şəkil paylaşdım və sildim. Mən həmin şəkili səhifəmdən silsəm də, bir çox sosial şəbəkələrdə nişanlımın şəkili qalmaqdadır. O demək deyil ki, mənimlə bağlı xəbərlərdə onun şəkili yayımlanmalıdır. O hərbçidir və elə bir yerdə çalışır ki, fotosunun sosial şəbəkələrdə yayılması heç cür qəbul edilən hal deyil. Bundan sonra onun fotolarını hansı sosial şəbəkələrdəki səhifələrdə görsəm, polisə şikayət edəcəyəm".

Milli.Az