Almaniyada koronavirusa görə ictimai nəqliyyatda qaydalar sərtləşdirilib

24 Noyabr 2021 16:24

Almaniyada koronavirus pandemiyası ilə əlaqədar ictimai nəqliyyatdan istifadə qaydaları sərtləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gündən etibarən ölkə ərazisində qatar, metro və avtobuslara yalnız COVID-19-dan sağalmış, mənfi test nəticəsi olan və peyvənd olunan şəxslər daxil ola biləcək.

Qeyd olunur ki, "Deutsche Bahn" dəmiryol şirkəti qatarlarda təsadüfi yoxlamalar keçirəcəyini elan edib. Bu prosesə şirkətin 4,2 min əməkdaşı cəlb olunacaq.

Yoxlama zamanı müvafiq QR-kod təqdim etməyən sərnişin növbəti stansiyada qatardan endiriləcək və müəyyən olunmuş məbləğdə cərimə olunacaq.

Qeyd edək ki, Almaniyada ötən gün koronavirusa yoluxma üzrə ən yüksək göstərici qeydə alınıb. Belə ki, ölkədə 66 884 min nəfər virusa yoluxub və yoluxanların sayı 5,5 milyon nəfərə çatıb. Bu günədək ölkədə ölənlərin sayı 99 min nəfəri ötüb.

Milli.Az