Ermənistan Qafandan iki marşrut xətti istifadəyə verdi

24 Noyabr 2021 13:00

Ermənistan Qafandan Zəngəzurun kəndlərinə doğru aparan iki marşrut xətti istifadəyə verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gündən etibarən Qafan-Çakaten-Qafan, həmçinin Qafan-Mehri-Nerkin Xand-Çakaten-Qafan marşrut xətti istifadəyə verilib. 

Bildirilir ki, sözügedən marşrut xətləri Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzur vilayətində Gorus-Qafan və Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yerləşdirməsi ilə əlaqədar olaraq istifadəyə verilib.

Milli.Az