İki dəfə ailəsi dağılan Rəvan məşhur müğənninin qızı ilə eşq yaşayır? - FOTO

24 Noyabr 2021 16:18

Çoxdandır efirlərdə görünməyən müğənni Arzu Mələk "7 canlı" verilişinin qonağı olub.

Milli.Az xəbər verir ki, Arzu qızı İlahənin də gözəl səsi olduğunu və onun da müğənniliklə məşğul olduğunu bildirib. İfaçı qızının efirlərdə görünmək istəmədiyini, özünə biznes qurmaq üçün maliyyə toplamaq məqsədilə müvəqqəti olaraq toylarda müğənnilik etdiyini sözlərinə əlavə edib.

Arzu Mələk qızı ilə bağlı danışarkən növbəti açıqlaması isə verilişə damğa vurub:

"Qızım bir çox sənətçilərlə toylara düşür. Bu gün də Elçin Cəfərovla toydadır. Müğənnilərin hamısı birgə aparmaq üçün toy deyirlər ona.

Bir müğənni ilə bir ara biraz işbirliyi oldu. Həmin iş birliyi olan müğənni Rəvan Qarayev idi. Bir yerdə toylara getdilər. Həmin ərəfədə biraz kənardan bəzi adamlar tərəfindən, - biz özümüz də biraz söz-söhbət eşitdik, -  barələrində söz-söhbət gəzdi. Ondan sonra da Rəvanla iş birliyini dayandırdı. 

Rəvanı çox istəyirəm. Səmimi bir insanam, hər şey də səmimiyyətimdən irəli gəlir ki, etiraf edirəm. Bu gün də Rəvanla, Elşadla dostluq münasibətimiz hər şey öz yerindədir. Sadəcə olaraq o işbirliyi biraz kənara çıxdı, gördüm söz-söhbət oldu, ona görə qızımla Rəvanın işbirliyini dayandırdım. Bu gün kim kimləsə iş birliyi edirsə, görürsən ki, ətrafda barələrində söz-söhbət dolaşır". 

Xatırladaq ki, Rəvan Qarayev buna kimi iki dəfə ailəli olub. Müğənninin hər iki evlilikdən övladları var.

Məhəmməd Vaqif
Milli.Az