Şəhid Ruslan Şahbazov döyüşlərdə böyük şücaət göstərib - VİDEO

24 Noyabr 2021 15:18

Vətən müharibəsində canını fəda edən igid hərbçilərimizdən biri də Ruslan Şahbazov olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Ruslan Şahbazov 1991-ci ilin iyul ayının 14-də Tərtər rayonunun Ələsgərli kəndində dünyaya gəlib.

O, ömrünün baharında dünyadan köçdü. Azərbaycanın qəhrəman övladlarından olan Ruslan Şahbazov orta məkətəbi də elə Tərtərin Ələsgərli kəndində bitirib. 2009- cu ildə hərbi xidmətə yollanıb. 2011-ci ildə hərbi xidmətini başa vuraraq evə qayıdır. Ancaq vətənə olan sevgisi onu yenidən hərbiyə qaytarır. Ruslan 2014-cu ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayır. Daha sonra 2018-ci ildə xüsusi kurs keçərək gizir rütbəsini alır.

44 günlük Vətən müharibəsi başlayanda Ruslan Şahbazov Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşur, düşmənin 5 tankını və çoxlu sayda canlı qüvvəsini məhv edir. Son döyüşü də elə Talış yüksəkliyində olub.

Ruslan şəhid olmamışdan bir neçə saat öncə anası ilə danışıb. Vətən uğrunda canın fəda edərək uca zirvəyə- şəhidlik zirvəsinə ucalan Ruslan Şahbazovun ailəsi onunla  fəxr edirlər.

O, döyüşlərdə göstərdiyi qəhrəmanılığa görə ''Azərbaycan bayrağı" ordeni  və ''Vətən uğrunda''  medalı ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az