Qəbələdə məcburi köçkünlərin yaşadığı binalara istilik verilmir - VİDEO

24 Noyabr 2021 15:06

Qəbələdə binaya istilik verilmədiyindən sakinlər mənzillərdə qızınmaq üçün odun yandırırlar. Odun tapa bilməyənlər isə elektrik sobalarından istifadə edirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Qəbələ rayonunun Zarağan 2 qəsəbəsində məcburi köçkünlərdən ibarət 350 ailənin yaşadığı binalardan gedır.

Bu ailələrin yaşadığı 5 inzibati bina, iki məktəb və uşaq bağçalarının binalarının ərazidə olan mərkəzi istilik mətəqəsi tərəfidən isidilməsi nəzərdə tutulub. Sakinlərin sözlərinə görə, hələ də istilik sistemləriişə salınmır. Ona görə də kimisi elektrik, kimisi də odun sobalarından istifadə edir.

Ərazidə olan mərkəzi istilik məntəqəsinə baş çəkdik. Aydın oldu ki, iki sobalı isidici qurğu abonentlərə həm isti su, həm də istilik verməlidir. Lakin avadanlıqlar təmir edilmədiyi üçün işə salmaq mümkün deyil.

Ərazi üzrə mənzil kommunal istismar sahəsinin rəisi Elşad Məmmədov bildirib ki, avadanlıqların işləməməsi ilə bağlı aidiyyəti üzrə məlumat verilib.

Dekabır ayının birinə qədər istilik sistemindəki problemin aradan qaldırılacağı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az