“Telefonda nə qədər səslədimsə, cavab vermədi” - Anasının son nəfəsinə çata bilməyən aparıcı Vüsalə - VİDEO

24 Noyabr 2021 18:18

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı tele-aparıcı Vüsalə Kərimova olub.

Milli.Az xəbər verir ki, məşhur aparıcı göz yaşları içində vəfat edən anasından danışıb:

"Anam Qaxda yaşayırdı. Axşamdan özünü narahat hiss edirdi. Danışdıq, dedim ki, gecə ilə gəlim. Qoymadı, səhər gələrsən dedi. Səhər qardaşımla birgə yola çıxdıq. Onu Bakıya gətib həkim müayinəsinə aparmaq istəyirdim. Yolboyu tez-tez danışırdıq. Sonuncu dəfə yığanda telefona xalam cavab verdi. Dedi ki, anan yatıb. Dedim, 2 dəqiqə öncə danışdım, oyaq idi. Nə tez yatdı? Xalama dedim ki, telefonu anamın qulağına tut, o məni eşidəcək. Nə qədər səslədimsə cavab gəlmədi. Sonra bildim ki, artıq dünyasını dəyişib. 2 saat yolumuz qalmışdı. Anamın son nəfəsinə çata bilmədim. Son sözünü bilə bilmədik. Bizi nigaran qoyub getdi".

Milli.Az