Milli Məclis gələn ilin ehtiyac meyarını II oxunuşda qəbul edib

24 Noyabr 2021 11:15

Milli Məclisin bu gün keçirilən iclasında "2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az bildirir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Layihə II oxunuşda təsdiqlənib.

Milli.Az