Rövşanə efirə çıxan həkimləri tənqid etdi

24 Noyabr 2021 14:00

"Özünü yalandan reklam edib, blogerliklə məşğul olan həkimlərimiz var. Evini, evindəki əşyanın haradan götürülüb hara qoyulduğundan belə xəbərimiz var. Amma peşəsindən xəbərimiz yoxdur".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı instaqramda canlı yayımda deyib. Həkimləri tənqid edən aparıcı onların sosial şəbəkədə və efirlərdə özlərini reklam etməsini qınayıb:

"Efirə çıxıb özünü reklam edən həkimlərə nadir halda inanıram. Pullarını verib məşhurlaşırlar. İçərisində güclüləri də var. Ona görə də indi seçim etmək çətindir. Elə həkimlər var ki, onların heç bir yerdə nə reklamı var, nə də bütün günü efirdədilər. Canımız ağrıyanda elə həkimlərə gedirik. Efirdə şou göstərən həkimlərə getmirik".

Milli.Az