Ermənistanda koronavirusdan ölənlərin sayı sayı 7379-a çatıb

24 Noyabr 2021 16:48

Ermənistanda daha 860 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 335 738 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 23 nəfər ölüb. Bununla da ölənlərin sayı 7379-a çatıb.

Milli.Az