Anasının yeddisi çıxmamış toyda oxumağından danışdı - VİDEO

24 Noyabr 2021 12:36

Xəbər verdiyimiz kimi müğənni Zenfira İbrahimovanın anası bir müddət öncə dünyasını dəyişdi. Anasının yeddisi çıxmamış Rusiyada toy məclisinə qatılan Zenfira hər kəsin qınaq obyektinə tuş gəldi.

Milli.Az Big.az-a istinadən xəbər verir ki, Zenfira "Təsir dairəsi" verilişində qonaq olub. Veriliş zamanı toy məclisində oxumağından danışıb:

"8 ay öncə bir nəfər məni müğənni kimi övladının toyuna dəvət etdi və buna görə mənə beh verdi. Anam 3-4 gün idi rəhmətə getmişdi. Bu insan mənə zəng elədi dedi ki, "qızım mən anamı çox erkən itirmişəm, atamın isə uzun illərdi nə ölüsündən nə dirisindən xəbərim yoxdu. Mənim öz toyum olmayıb, övladım üçün əhd eləmişəm. Mən bilirəm ki, sənin dərdin, yükün ağırdır amma istəyirəm ki, bu toyda sən iştirak edəsən".O toyda necə oxudumsa bir Allah bilir. Anam olsaydı heç istəməzdi ki, bu qədər mən üzülüm".

Milli.Az