ARB TV-ni “Space”ə dəyişdilər

24 Noyabr 2021 11:06

ARB TV-də yayımı dayandırılan "Hüseynova bacıları" verilişinin aqibəti bəlli olub.

Milli.Az Olay-a istinadən xəbər verir ki, proqram bundan sonra "Space" TV-də efirə gedəcək. Verilişin yayım günü bəlli olmasa da, yaxın tarixlərdə yayımlanacağı bildirib.

Qeyd edək ki, aktrisalar Xuraman Əlizadə və Ülviyyə Əliyeva ötən ay ARB-dən ayrılıb.

Milli.Az