Barışmalarını Amsterdamda qeyd edirlər - FOTO

24 Noyabr 2021 11:18

Türkiyəli aktyor Aras Bulut İynemli ilə aktrisa sevgilisi Bige Önal 6 illik münasibətlərini səssiz-sədasız sonlandırdıqdan bir müddət sonra barışıblar.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, cütlük bu münasibətlə Amsterdama yollanıb. Sevgililər 1ay orada istirahət edəcəklər.

Qeyd edək ki, Aras Bulut İynemli sonuncu dəfə "Çukur", Bige Önal isə "Yeşilcam" serialında rol alıb.

Milli.Az