Rusiyaya qarşı bacardığımızı edirik - ABŞ

24 Noyabr 2021 10:12

ABŞ Rusiyanın Ukrayna ilə sərhəddə hərbi fəaliyyətindən narahatdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.

"Hazırki administrasiya işinin ilk günlərindən Rusiyanın zərərli fəaliyyətlərinə qarşı mübarizə aparmaq üçün bir sıra vasitələrdən istifadə etməyə hazır olduğunu göstərib. Bacardığımızı nümayiş etdirmişik və gələcəkdə də bu vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik

Vaşinqton Kiyevlə müdafiə ehtiyacları ilə bağlı daimi dialoq aparır, lakin Dövlət Departamenti indi bu sahədə hər hansı gedişatı elan edə bilməz", - Prays qeyd edib.

Milli.Az