Keçid çökdü, insanlar çaya düşdü - VİDEO

24 Noyabr 2021 12:06

Braziliyanın Joinville şəhərində Milad şənlikləri münasibətilə keçirilən yürüş zamanı çay üzərində keçid ağırlığa tab gətirməyərək çöküb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İnsident zamanı 12-i uşaq olmaqla, 33 nəfər xəsarət alıb.

Çaya düşən insanlar ətrafdakıların köməkliyi ilə xilas edilib. Əraziyə təcili yardım briqadaları cəlb edilib.

Milli.Az