Əfqanıstanda bir milyondan çox uşaq aclıqdan ölmək təhlükəsi altındadır

24 Noyabr 2021 10:06

YUNİSEF-in Əfqanıstan üzrə nümayəndəliyinin Kommunikasiya şöbəsinin rəhbəri Samanta Mort ölkədə bir milyondan çox uşağın aclıqdan ölmək təhlükəsi altındadır.

"Təxminən 3,2 milyon uşaq ağır qida çatışmazlığından əziyyət çəkir. 1,1 milyon uşaq aclıqdan ölmək astanasındadır", - deyə o bildirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, həmçinin qeyd edib ki, hazırda 22,8 milyon Əfqanıstan vətəndaşı ərzaq çatışmazlığı ilə üzləşir.

YUNİSEF təmsilçisi bildirib ki, dünya Əfqanıstanın humanitar fəlakət astasında olduğunu anlamalıdır.

Milli.Az