Pakistanda havanın həddən artıq çirklənməsi ilə əlaqədar məktəb və iş yerləri qapadılır - VİDEO

24 Noyabr 2021 11:54

Pakistanın Pencab əyalətinin paytaxtı Lahor şəhərində təhsil müəssisələri və iş yerləri həftənin üç günü fəaliyyətini tam dayandırmalı olacaq.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, şəhər rəhbərliyinin bu qərarı Lahorda havanın həddindən artıq çirklənməsi ilə əlaqədardır. 

Qeyd edək ki, Pakistanın Lahor və Kəraçi şəhərləri dünyanın ən çirkli şəhərləri sırasında ilk beşliyə daxildirlər.

Milli.Az