Yaponiyada silahlı şəxs polislərə hücum edib

24 Noyabr 2021 08:49

Yaponiyanın Toda şəhərində bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib.

Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 polis əməkdaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, hücum edən şəxs özünə xəsarətlər yetirib və hazırda xəstəxanadadır.

Faktla bağlı araşdırma aparılır, hücumun səbəbi öyrənilir.

Milli.Az