ABBA, Ledi Qaqa və Billi Ayliş Qremmi mükafatlarına namizəd oldular

24 Noyabr 2021 08:28

İsveçin ABBA qrupu, həmçinin amerikalı müğənnilər Ledi Qaqa və Billi Ayliş "İlin yazısı" kateqoriyasında Qremmi musiqi mükafatına namizədlər siyahısına düşüblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABBA qrupu "I Still Have Faith In You" mahnısı ilə, Billi Ayliş "Happier Than Ever" mahnısı ilə, Ledi Qaqa isə Toni Bennetlə "I Get A Kick Out Of You" dueti ilə namizəd olublar.

Qremmi mükafatına həmçinin "Montero" repi ilə repçi Lil Nas X, "Peaches" mahnısı ilə Canstin Biber, "drivers license" mahnısı ilə Oliviya Rodriqo, "Leave The Door Open" mahnısı ilə "Silk Sonic" rep-dueti, "Right On Time" mahnısı ilə Brendi Karlayl və digərləri namizəd göstəriliblər.

Qeyd edək ki, 64-cü Qremmi mükafatlandırma mərasimi yanvarın 31-də Los-Ancelesdə keçiriləcək.

Milli.Az