Bakı-Sumqayıt şosesində avtomobil metal arakəsməyə çırpılıb - VİDEO - FOTO

24 Noyabr 2021 07:16

Abşeron rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Bakı-Sumqayıt şosesinin Abşeron rayonu ərazisinə düşən hissəsində baş verib.

Vüsal Mahmudov idarə etdiyi "AzSamand" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən avtomobilin təkəri sıradan çıxıb. Nəticədə avtomobil dəmir yol ayrıcına çırpılıb. Qəza nəticəsində avtomobil ciddi deformasiyaya uğrayıb. Sürücü isə xəsarət alıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az