Asiya Çempionlar Liqasının qalibi bəlli olub

23 Noyabr 2021 23:32

Futbol üzrə Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, finalda Cənubi Koreya təmsilçisi "Pxoxan Stilers"i 2:0 hesabı ilə məğlub edən Səudiyyə Ərəbistanının "Əh-Hilal" komandası çempion olub. Bu, sözügedən kollektivin turnirdəki 4-cü uğurudur.

"Əl-Hilal" bu nəticədən sonra 2022-ci ilin yanvarında keçiriləcək klublararası dünya çempionatında iştirakını təmin edib.

Milli.Az