Salyan rayon sakini ürəyindən bıçaqlanıb

23 Noyabr 2021 22:49

Salyanda 29 yaşlı kişi qətlə yetirilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Babazanlı kəndində qeydə alınıb. Münaqişə zəminində Salyan rayon sakini, 1991-ci il təvəllüdlü Nəzirov Tural Əsgərağa oğlu həmyerlisi 1992-ci il təvəllüdlü Səbuhi Sərdar oğlu Qasımovu ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az