Tom və Cerrinin əsl adları məlum oldu

23 Noyabr 2021 21:56

Uşaqların yaddaşına həkk olunan cizgi filmi personajları arasında yer alan Tom və Cerrinin əsl adları üzə çıxıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ComicBook.com-da dərc olunan məqalədə bildirilib.

Düşmən pişik və siçan - Tom və Cerrinin əsl adları Tomas Casper Ket və Cerald Cinks Mausdur.

Tom və Cerrinin tam adları "Warner Bros." tərəfindən hazırlanmış "MultiVersus" oyun platformasında görünüb. Çox sayda personajın yer alacağı "MultiVersus" 2022-ci ildə çıxacaq.

Tom və Cerri ilk dəfə 1940-cı ildə "Puss Gets The Boot" cizgi filmi ilə ekranlarda görünəndə onların orijinal adları Casper və Cinks olub. Bu adlar daha sonra Tom və Cerriyə dəyişdirilib.

Milli.Az