Beyninə qan sızan bəstəkar xəstəxanadan çıxıb?

23 Noyabr 2021 21:54

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən bəstəkar-müğənni Pərviz Mahmudovun səhhəti yaxşılaşıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə bəstəkar danışıb:

"Hələ ki xəstəxanadayam. Müalicəm davam edir. Nə vaxt xəstəxanadan çıxacağımı bilinmir".

Qeyd edək ki, "Leyla Medical"a yerləşdirilən Pərviz Mahmudovun 38 yaşı var. Onun qəflətən təzyiqi qalxıb və beyninə qan sızıb.

Milli.Az