Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib

23 Noyabr 2021 21:39

Rumen Radev Bolqarıstanda keçirilən prezident seçkilərində qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Kameliya Neykova deyib.

K.Neykova bildirib: "Rumen Qeorqiyev Radevin Bolqarıstan Prezidenti vəzifəsinə seçildiyini və İlyana Malinova Yotovanın Bolqarıstanın vitse-prezidenti vəzifəsinə seçildiyini elan edirəm".

Qeyd edək ki, R.Radev seçkilərdə 66,72 faiz səs (1 539 650 nəfər), onun rəqibi Anastas Hercikov isə 31,8 faiz səs (733 791 nəfər) səs toplayıb.

Ümumilikdə seçkilərdə 2 310 903 vətəndaş iştirak edib.

Milli.Az