Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

23 Noyabr 2021 17:15

Prezident İlham Əliyev F.Q.Xəlilovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Qurban oğlu Xəlilov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Milli.Az