DSMF-nin 2022-ci il üzrə büdcə layihəsi ikinci oxunuşda qəbul edilib

23 Noyabr 2021 16:50

"Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsinin gəlirləri 5 milyard 306 milyon 770 072 manat, xərcləri 5 milyard 306 milyon 770 072 manat məbləğində müəyyən edilib.

Milli.Az