Mükafat gecəsinə Aygünün libası ilə qatıldı

23 Noyabr 2021 19:48

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva ötən gün tədbirlərin birində görüntülənib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi mükafatlandırma mərasiminə geyindiyi qara libasla diqqət çəkib. Onun Xalq artisti Aygün Kazımovanın "İnan, günəş doğacaq" adlı klipindəki donun eynisini geyinməsi gözdən yayınmayıb.

Qeyd edək ki, dizayner Rüfət İsmayılın kolleksiyasından olan bu libası A.Kazımova ötən ilin mayında geyinmişdi. Həmin libasın ağ rəngini isə 2020-ci ilin iyununda çəkilişlərin birində istifadə edib. Lakin o, vətənpərvər mahnı ifa etdiyi üçün donun sinə hissəsini kəlağayı ilə bağlayıb.

Milli.Az