Fond bazarı çökdü: Kərimovlar ailəsi 795 milyon itirdi

23 Noyabr 2021 19:54

Bu gün Rusiyanın 4 milyarderi ümumilikdə 2 milyard dollardan çox vəsait itirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunlar Oleq Tinkov, Leonid  Mixelson, Gennadi Timçenko və Süleyman Kərimovdur.

Onların kapitallarının azalmasına səbəb isə Rusiya fond birjasında qiymətli kağızların dəyərdən düşməsi olub.

Təkcə Süleyman Kərimovun ailəsi 795 milyon dollar itirib.

Milli.Az