"Uşaqların onurğası əyilib, bu qədər kitab olar?" - Niyaməddin Musayev

23 Noyabr 2021 20:36

Xalq artisti Niyaməddin Musayev məktəblərdəki yeni qaydaları tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Xəbər-ətər" verilişində təhsil ocaqlarında şagirdləri çox yükləmələrindən gileylənib:

"Texnologiya çox inkişaf edib. Baxırsan, indiki uşaqlar çox çey bilir. Əvvəl elə deyildi. Baxıram uşaqların məktəbli çantasına, nə ağırlıqda. Uşaq bunu necə daşısın? Əvvəl 6 kitab olurdu, onun ikisini, ya üçünü aparırdıq. İndi bu qədər kitab olar? Uşağın onurğası əyilir. Bu qədər yüklənmək, maariflənmək... Zaman dəyişib".

Milli.Az