“Akvarel Təəssüratlari” sərgisi keçiriləcək

23 Noyabr 2021 15:28

2022-ci il 23 yanvar Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10-illik yubileyi münasibətilə IWS Azerbaijan və IWS Khatai Art Centre tərəfindən keçiriləcək "Akvarel Təəssüratlari" adlı akvarel sərgisində iştirak etməyə dəvət edirik.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçiriləcək.

Sərgidə iştirak üçün akvarel işlərinizin keyfiyyətli fotosunu və məlumatlarını [email protected] emailinə göndərə bilərsiniz . Məlumatlarda ad, soyad, əsərin adı, ölçü qeyd olunmalıdır.

Bir neçə iş göndərilə bilər, arasında 1 və ya 2 iş sərgiyə seçiləcək.

Seçim IWS Azerbaijan-ın Bədii şurası tərəfindən keçiriləcək . Əsərlər IWS Azerbaijan tərəfindən keçirilən sərgilərdə sərgilənməyən, son 3 il ərzində çəkilən olmalıdırlar. Başqa rəssamların surətləri qəbul edilmir.

Son müraciət tarixi: 30 dekabr.

İşlərin təhvili: 20 yanvar

Məzmun və ölçü sərbəstdir.

Texnika: 90 % akvarel boya kağız üzərində.

Sərgi IWS Khatai Art Centre qalereyasında keçiriləcək. İştirakçılara hədiyyələr və sertifikatlar təqdim ediləcək. Elektron kataloq hazırlanacaq.

IWS Globe (International Watercolor Society ) 2012-ci ildə akvarelist rəssam Atanur Doğan tərəfindən yaradılmış Beynəlxalq Akvarel cəmiyyətidir. Hal-hazırda dünyanın 120-dən çox ölkədən filial və təşkilatlar daxildir. IWS Globe Network təmsil edən nümayəndəliklər və beynəlxalq şəbəkəyə daxil olan təşkilatlar mütəmadi olaraq akvarel sənəti ilə bağlı beynəlxalq tədbirlər təşkil edirlər. Bu tədbirlərin məqsədi akvarel rəssamlarını bir araya gətirmək, yaradıcılıq təcrübələrini bölüşmək, ünsiyyət qurmaq, akvarel sənətinin populyarlaşması və yayılmasıdır. "Akvarel dili" dünyanın hər yerindən olan rəssamları birləşdirir. IWS Globe şəbəkəsinin "Akvarel vasitəsilə sülh " şüarı var, məqsədi milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər yerindən olan rəssamları akvarel vasitəsilə birləşdirməkdir.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.Az